EN

Azərbaycan Rusiyadan xam neft və neft məhsulları idxalını azaldıb

ain.az, Banco.az saytına istinadən bildirir.

2025-ci ildə Azərbaycana Rusiyadan 698,758 milyon ABŞ dolları dəyərində 1,527 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 207,8 milyon dollar və ya 22,9%, həcm baxımından isə 145,4 min ton və ya 8,7% azdır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən – Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal edilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcm baxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9% azalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
4
banco.az

5Sources