EN

“Telegram” Rusiyanın xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq ittihamlarını rədd edir

“Telegram” Rusiya hökumətinin xarici kəşfiyyat orqanlarının istifadəçilərin ünsiyyətinə çıxışı olduğuna dair ittihamlarına cavabında mesajlaşma tətbiqində heç bir şifrələmə pozuntusu aşkar etmədiyini bildirib.

Herbiand.az xəbər verir ki, “Telegram”ın mətbiuat xidməti bununla bağlı “Reuters” agentliyinə   bildirib: "Rusiya hökumətinin şifrələməmizin pozulduğu iddiası “Telegram”ın qadağan edilməsini və vətəndaşları kütləvi nəzarət və senzura üçün nəzərdə tutulmuş dövlət tərəfindən idarə olunan mesajlaşma platformasından istifadə etməyə məcbur etməyi əsaslandırmaq üçün hazırlanmış qəsdən uydurmadır".

Chosen
85
herbiand.az

1Sources