Bakı. Trend:
2025-ci ildə Azərbaycana 7 ölkədən dəyəri 118,852 milyon ABŞdolları olan 138,6 min ton mühərrik benzinləri, tərkibindəqurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox,lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxaledilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə dəyər baxımından 38,7milyon ABŞ dolları və ya 48,3%, həcm ifadəsində isə 52,3 min ton vəya 60,6% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan iki ölkəyə -Ermənistan və Gürcüstana dəyəri 3,566 milyon ABŞ dolları olan 5,4min ton “Aİ-95” markalı benzin ixrac edilib.
Belə ki, 2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min ABŞdolları dəyərində 1 210 ton, Gürcüstana isə 2,777 milyon ABŞdolları dəyərində 4 196 ton “Aİ-95” markalı benzin ixracedilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.
Bu ilin yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton yük (48vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizelyanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
2025-ci ildə Azərbaycanın “Aİ-95” markalı benzin idxal etdiyiölkələr:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
Belarus | 12052,5 | 9883,38 |
Rusiya | 74624,16 | 63918,19 |
Birləşmiş Ərəb Əmirlikləri | 24813,56 | 21607,88 |
Gürcüstan | 1499,08 | 1224,25 |
Bolqarıstan | 3457,7 | 2993,41 |
Rumıniya | 14282,93 | 12239,42 |
Yunanıstan | 7833,23 | 6985,29 |