Bakı.Trend:
Müasir azadlıq hərəkatları yerli əhalini səfərbər edərəkmüstəmləkə istismarına qarşı milli identikliyi gücləndirir.
Trend xəbərverir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoruAbbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və QlobalBərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O, bu mübarizədə kolonial hakimiyyətlərə qarşı diplomatiya,etirazlar və beynəlxalq vəkillik kimi strateji addımlarınatıldığını bildirib.
A.Abbasov BTQ-nin son iki ildəki fəaliyyətindən də danışıb:
“Biz müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökuməttəşkilatlarının roluna fokuslanmışıq. Son iki il ərzində 35-dən çoxbeynəlxalq konfrans təşkil olunub, 150-yə yaxın resurs araşdırmasıaparmışıq və 40-dan çox hesabat dərc edilib”.
A. Abbasov qeyd edib ki, 2025-ci ilin aprelində Afrika mənşəliinsanlar üçün keçirilən forumda təqdim olunan hesabatın BMT Başkatibinin proqramına daxil edildiyini böyük nailiyyət kimiqiymətləndirib.