EN

Avropa qaz anbarlarında ehtiyatlar son 5 ilin minimumuna düşdü

BAKI, 19 fevral. TELEQRAF

Qaz anbarlarının tutumuna görə Avropada lider sayılan ölkələrdə ehtiyatlar sürətlə azalır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Assosiasiyanın hesablamalarına görə, Niderlandın anbarlarının doluluq səviyyəsi 13,72 faizə enib. Anbarlarda cəmi 1,9 milyard kubmetr qaz qalıb ki, bu da Polşada qeydə alınan 1,94 milyard kubmetrdən aşağıdır.

Almaniyada anbarlar 22,3 faiz, Avstriyada 38,6 faiz, Fransada 23 faiz, İtaliyada isə 50,1 faiz doludur. Slovakiyada bu göstərici 32,2 faiz, Macarıstanda 38,3 faiz, Çexiyada 35,4 faiz, Rumıniyada 40,6 faiz, Bolqarıstanda 46 faiz, Belçikada 24,5 faiz, Danimarkada 28,1 faiz, Latviyada 21,9 faiz, Xorvatiyada isə 14,3 faiz təşkil edir.

Avropada yeraltı qaz anbarlarından ötən mövsüm qazın çıxarılması 28 mart 2025-ci ildə başa çatıb və həmin vaxt ehtiyatlar 33,57 faiz səviyyəsində olub. Hazırda Avropanın anbarları orta hesabla 32,5 faiz doludur ki, bu da son beş ilin eyni tarixi üzrə orta göstəricidən 16,44 faiz bəndi aşağıdır. Bir il əvvəl bu rəqəm 43,3 faiz idi.

Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 32.5% doludur. Bir il əvvəl bu göstərici 43,3% təşkil edirdi. Oktyabrın 13-də başlayan istilik mövsümündən bəri Avropa İttifaqı ölkələri anbarlardan 61 milyard kubmetrdən çox qaz çıxarıb. Xalis çıxarılma həcmi təxminən 56 milyard kubmetrə çataraq yay aylarında vurulan qaz həcmini artıq 1 milyard kubmetr üstələyib.

Chosen
29
teleqraf.com

1Sources