EN

Moskva metrosunda qorxulu anlar: Qatar tüstülənib, partlayış baş verib

Moskva metrosunda qatar tüstülənib, partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada metropolitenin “Bittsevski park” stansiyasında fövqəladə hadisə qeydə alınıb. Məlumata görə, stansiyada olan qatarların birində güclü tüstülənmə baş verib və partlayış səsi eşidilib.

İlkin ehtimallara görə, hadisəyə texniki avadanlıqların nasazlığı səbəb olub. Hadisə yerinə dərhal xilasedicilər və müvafiq qurumların əməkdaşları cəlb olunub. Hazırda hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Zərərçəkənlər barədə hələlik rəsmi məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
40
interpress.az

1Sources