EN

İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, V.Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

"Cebheinfo.az"

Chosen
38
5
cebheinfo.az

10Sources