EN

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Sabahdan dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

AFN.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müsahibə zamanı namizədlər 7 əsas meyar üzrə qiymətləndiriləcəklər. Bura liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli, rəqəmsal, eləcə də sosial və emosional bacarıqlar daxildir.

Namizədlər müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri və müraciət etdikləri məktəbdəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında dəvət ediləcəklər. Artıq ilk 6 gün üçün müsahibə dəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Chosen
64
34
afn.az

10Sources