EN

Mövsümi olmayan meyvə tərəvəz seçərkən onun mənşə ölkəsini soruşmaq vacibdir Qida eksperti

ain.az, 525.az saytına istinadən bildirir.

 “Mövsümi olmayan meyvə-tərəvəzin birbaşa təhlükəli olduğunu demək düzgün deyil. Mövsümi olmayan məhsullar ya istixanada yetişdirilir, ya da başqa ölkədən gətirilir. Uzun yol oluğundan xüsusi şəraitdə saxlanılır. Əsas riski odur ki, mövsümdənkənar tələbatı ödəmək üçün bəzən pestisidlərdən daha intensiv istifadə oluna bilər. Buna nəzarət var, amma tam qənaətbəxş deyil.  Bəzi məhsullarda qalıqlar normadan yüksəkdir. Az günəş işığı və istixana şəraiti bəzi yarpaqlı tərəvəzlərdə nitrat səviyyəsinin artmasına səbəb ola bilər. Yol uzandıqca vitaminlərin bir hissəsi azalır. Məhsulun tez xarab olmaması üçün soyuducu zəncir, seçmə və sortlama, bəzən qoruyucu örtüklər kimi proseslər tətbiq olunur”.

Bunu qida eksperti Asim Vəliyev 525.az-a bildirib. O vurğulayıb ki, mikrobioloji çirklənmə riski kəsilmiş, zədələnmiş və şirəsi axan məhsullarda daha yüksək olur:

“Mövsümi olmayan meyvə-tərəvəz seçərkən onun təzə və ya idxal məhsulu olduğunu, həmçinin mənşə ölkəsini soruşmaq vacibdir. Həmçinin etiket məlumatlarından izlənə bilən olmalıdır. Həddindən artıq parlaq, eyni ölçülü, qoxusuz meyvə bəzən uzun saxlanmanın əlaməti ola bilər. Xırda çatlar, əzik yerlər, yumşalmış sahələr mikroorqanizmlər üçün münbit şəraitdir. Onu suda yaxşı yumaq lazımdır. Yarpaqlı tərəvəzləri bir neçə dəfə suda çalxalamaq, sonra yumaq praktik üsuldur. Meyvənin qabığını soymaq səthdəki qalıqları bir qədər azalda bilər, eyni zamanda qida dəyəri də azala bilir. Dondurulmuş tərəvəzlər düzgün emal və saxlanma şəraitində keyfiyyətini uzun müddət qoruyur, çünki dondurma kimyəvi dəyişiklikləri ləngidir. Yəni ‘mövsümi deyil’ dedikdə yalnız təzə idxal məhsulu yox, həmçinin dondurulmuş və konservləşdirilmiş variantlar da nəzərdə tutula bilər.”

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
525.az

1Sources