EN

Tural Abbaslı suyun 50 faiz bahalaşacağını deyir: “Onların dərdi sığal almaqdır”

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur. 

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumatında deyilir. Bildirilib ki, sadəcə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları arasında müzakirələr aparılır. Bu xəbər ictimaiyyətdə suyun yaxın zamanda bahalaşacağı barədə rəy formalaşdırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Ağ Partiyasının sədri Tural Abbaslı “CebheTV”-yə açıqlamasında bildirib ki, suyun qiymətini qaldırmaq istəsə müxtəlif bəhanələr tapıla bilər: 

“Çünki məmurlar üçün heç bir vətəndaş amili, özlərini onların yerinə qoymaq anlayışı yoxdur. Şərq insanı sudan tez-tez istifadə etməyi xoşlayır. Suyu necə israf etmək olar? 

İnsanlar boruları açıb suyu havaya buraxmırlar. Məmurlar fikirləşirlər ki, biz suyun qiymətini qaldırdıq, büdcəyə filan qədər əlavə pul gedəcək. Ancaq onların dərdi büdcə də deyil, sığal almaqdır. 

Düşünmürlər ki, büdcəyə o qədər pulun gəlməsi nə qədər insanı narazı salacaq. Dövlətin malını şəxsi malı kimi qavramaları bizi bu vəziyyətə gətirib çıxarır. Ən azı 50 faizə qədər qiymətlər qaldırılacaq. Bu, bir ailənin xərclərinin 50 faiz artırılması deməkdir”. 

Partiya sədri elektrik enerjisi və qaza görə sabit tarif ödənilməsinə də münasibət bildirib: 

“Biz hesablamışıq ki, il ərzində əhalidən qaz və işıq üçün 1 manatdan 72 milyon manat pul toplanır. Qaz və işıqla abonent sayı 6 milyon nəfərdir. 

Hər abonentdən 1 manat aldıqda, bu, ildə 72 milyon manata başa gəlir. Niyə vətəndaşdan bu qədər məbləğdə vəsait tutulmalıdır? Onlar fikirləşir ki, 10 milyon vətəndaşın hərəsindən 100 manat oğurlasalar, biləcəklər. 

Fikirləşirlər ki, vətəndaşların hərəsindən 10-20 qəpik oğurlasınlar. Eyni prosesi mobil operatorlarla bağlı yaşadıq. Yəni istədin-istəmədin ayda 4 manat ödəməlisən. Eləcə də intenet qiymətini də minimum 25 manata qaldırdılar. Heç bir keyfiyyət də yoxdur”. 

Chosen
61
1
cebheinfo.az

2Sources