EN

Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi: Biz xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edirik

Bakı, 19 fevral, AZƏRTAC

Fransa guya qoruduğunu iddia etdiyi xalqları onların yaddaşından, mədəniyyətindən və mənəviyyatından məhrum edib. Yalnız inkar edilənləri bərpa etməklə, tapdalananları düzəltməklə biz həqiqətən ortaq və xalqların müxtəlifliyinə hörmət edən bir gələcək qura bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Jose Martin Jan-Pyer “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

“Bu gün ərazilərimizdə baş verən aktual hadisələr fonunda biz Fransa ilə onun keçmiş müstəmləkələri arasında münasibətlərin, sadəcə, yenidən qurulmasına çağırmırıq. Biz xalqların öz müqəddəratını təyin etmək və tam müstəqilliyə nail olmaq kimi ayrılmaz hüququna hörmət tələb edirik. Son hadisələr vəziyyətin nə qədər ciddi olduğunu göstərir. 2021-ci ildə keçirilən və mübahisələrə səbəb olan üçüncü referendumdan sonra 2024-cü və 2025-ci illərdə repressiyalar daha da güclənib, fövqəladə vəziyyət rejimi bərpa edilib. Nəticədə ölənlər, yüzlərlə yaralanan olub və siyasi təqiblər baş verib. Fransa dövləti isə müxtəlif sazişlər, layihələr və digər təşəbbüslərlə qaçılmaz olan prosesi ləngitməyə çalışır", - deyə Jose Martin Jan-Pyer əlavə edib.

Chosen
61
3
azertag.az

4Sources