EN

Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi azalıb

BAKI, 19 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 94 milyon 918.67 min ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, dövriyyənin 49 milyon 406.41 min dolları ixracın, 45 milyon 512.27 min dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat ayında Almaniya ilə ticarət əlaqələrində 66,5 faiz azalma qeydə alınıb.

Eyni dövrdə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 230 milyon 393.95 min ABŞ dolları təşkil edib ki, bu da 14.1% azalma deməkdir. İtaliyaya ixrac 1 milyard 186 milyon 941.01 min dollar, idxal isə 43 milyon 452.94 min dollar səviyyəsində olub.

Yanvarda Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 431 milyon 732.26 min dollar olub. Bunun 268 milyon 159.46 min dolları ixracın, 163 milyon 572.80 min dolları isə idxalın payına düşüb. Türkiyə ilə ticarətdə 10,7 faiz azalma müşahidə edilib.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 244 milyon 919.74 min dollara bərabər olub ki, bu da illik müqayisədə 40.5% azalma deməkdir. Ötən ay Rusiyaya ixrac 80 milyon 37.93 min dollar, idxal isə 164 milyon 881.81 min dollar təşkil edib.

Chosen
37
teleqraf.com

1Sources