EN

Azərbaycanda başından balta ilə xəsarət alan şəxs xəstəxanada öldü

Samux rayonunda başından balata ilə xəsarət alan şəxs xəstəxanada həyatını itirib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Samux rayon sakini, 1955-ci il təvəllüdlü P.Poladov baş nahiyəsindən balta ilə ağır xəsarət alıb.

O, Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Chosen
59
4
azreform.info

5Sources