EN

Birinci Qarabağ müharibəsi şəhidi Mingəçevir şəhərində dəfn olundu - FOTO

Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərinə könüllü qatılaraq Vətənin müdafiəsində fəal iştirak edib.

Bizim.Media xəbər verir ki, Şahin Kərimov 1993-cü ilin 8 aprelində ağır döyüşlər zamanı itkin düşüb. O subay idi. Atası vəfat edib, yalnız anası həyatdadır.

Şahin Kərimovun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib

Şəhidimiz bu gün Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub.







Leyla Vəfadar, Bizim.Media

Chosen
56
1
bizim.media

5Sources