EN

Rəşad Əzizov: Kino sahəsində dövlət monopoliyasından çıxıb özəl sektor istehsalına keçməliyik

Kino Agentliyinin apardığı proses dövlət monopoliyası yanaşmasından özəl sektorun rəqabətliliyini artıran sənaye istehsalı mexanizminə keçidə xidmət edir.

Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq, bu gün kino layihələri yalnız "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilirmir, özəl sektorlarla birgə reallaşdılır.

"Bu isə kino sənayesi sahəsində daha çevik idarəetmə modelinin tətbiqinə şərait yaradacaq, həmçinin sağlam rəqabət təmin olunacaq. Yəni bu proseslər dövlət monopoliyası yanaşmasından özəl sektorun rəqabətliliyini artıran sənaye istehsalı mexanizminə keçidə xidmət edir, biz buna nail olmaq istəyirik", - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Chosen
95
far.az

1Sources