Bakı. Trend:
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyiyanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgəmonitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarındaqanun pozuntusu aşkar edilmişdir.
Müəyyən olunmuşdur ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə TəsərrüfatıMərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyəverilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtlərikobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılmışdır.
Monitorinq zamanı məlum olmuşdur ki, meşə fondu torpağındaəsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdaninşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmirkonstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsiyaradılmışdır. Qeyd olunan tikinti işləri nəticəsində meşəəmələgəlmə prosesi məhdudlaşdırılmış, torpaq örtüyünə müdaxiləedilmiş və meşə fonduna ziyan vurulmuşdur.
15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhalaktlaşdırılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraqmeşə fonduna dəymiş ziyan hesablanmış və sahibkara rəsmi qaydadaizah edilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuztikililər və konstruksiyalar dərhal sökülmüş, ərazi əvvəlkivəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinəbaşlanılmışdır.
Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondutorpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılmasıyalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrinşərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanunpozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuştədbirlər görüləcək.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii SərvətlərNazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşəfondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması vəekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq vənəzarət tədbirləri davam etdirilir.