EN

Rəsm əsəri rekord qiymətə satılıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qədim İtaliyanın, Renessans dövrünün ən böyük rəssam-heykəltəraşlarından sayılan Mikelancelonun müəllifi olduğu, uzun illər oğurlandığı və yaxud da itmiş hesab edilən "Sağ ayağın etüdü" adlanan miniatür eskizi Nyu-York şəhərindəki "Christies" hərracında 27,2 milyon dollara satılıb.

Reyting.az xəbər verir ki, bu nadir sənət nümunəsi əvvəl cəmi 1,5-2 milyon dollar dəyərində qiymətləndirilib.

1511–1512-ci illərə aid olan, eyni zamanda qırmızı təbaşirlə çəkilmiş bu rəsm eskizi Sistine Kapellası tavanındakı Liviyalı Sibil fiqurası üçün hazırlanan nümunə rəsmidir.

Məlumata görə, 45 dəqiqə davam edən gərgin hərrac nəticəsində Mikelancelonun qrafik işləri üçün yeni rekord müəyyənləşib.

Rəsmin ABŞ-nın qərb sahilində yaşayan bir ailədə əsrlər boyu saxlandığı və təsadüfən aşkarlandığı bildirilir.

Hərrac qanuna uyğun şəkildə və şəxsin istəyi ilə əsərin alıcısının adını açıqlamayıb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
reyting.az

1Sources