EN

Xəzər dənizində zəlzələ olub

Fevralın 19-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3, 6 olan zəlzələ yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 70 kilometr olub.

Chosen
40
9
yeniazerbaycan.com

10Sources