EN

Polis məhkəmə zalında 2600 dollar tapdı Pul sahibinə qaytarıldı

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin Mühafizə Polisi tərəfindən məhkəmə zalında 2600 ABŞ dolları aşkar edilib. Avtosfer.az xəbər verir ki, vətəndaşın "Unikal"a verdiyi məlumata görə, saat 18:00-dan sonra zala baxış keçirən mühafizə polisi əməkdaşları - polis baş serjantı Həsən Məmmədov, polis serjantı Şakir Novruzov və polis sıravisi Elgün Daşdəmirov vətəndaşa məxsus pulqabını tapıblar. Dərhal təhlükəsizlik kameralarına baxış keçirilib və pulqabını zalda unudan şəxsin kimliyi müəyyən edilib. Mühafizə əməkdaşları tərəfindən həmin vətəndaşla əlaqə saxlanılıb və pulqabı içərisindəki 2600 ABŞ dolları ilə birlikdə sahibinə təhvil verilib. Polis əməkdaşlarının operativ və məsuliyyətli davranışı nümunəvi hal kimi dəyərləndirilir. Bu addım hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı diqqətli və şəffaf fəaliyyətinin göstəricisidir.

Oxunub 104

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
avtosfer.az

1Sources