ain.az, Milli.az saytına istinadən bildirir.
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində "Bir səs - bir nəfəs" adlı konsert keçirilib.
Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təşkil olunan konsertdə "Ukraynanın səsi" telelayihəsinin finalçısı Roman Qluşenko çıxış edib. Proqramın bədii rəhbəri Əməkdar incəsənət xadimi, direktor, Birinci Qarabağ müharibəsinin veteranı Əlibala Rzayev olub. Konsertdə klassik musiqidən caz improvizasiyalarına uzanan zəngin musiqi proqramı təqdim olunub.
Diqqətçəkən əsas məqamlardan biri konsert proqramında Əlibala Rzayev tərəfindən tanınmış klassik və caz əsərlərinin yenidən aranjeman olunmuş interpretasiyasının səsləndirilməsi olub.
Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanaraq, tamaşaçılara xoş və yaddaqalan musiqi axşamı bəxş edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.