EN

İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA Döyüş yoldaşları hansı sirləri AÇDI? VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Mingəçevir şəhərində 33 ildən sonra şəhidimiz Şahin Kərimov dəfn olundu. Dəfndə iştirak edən hərbiçi yoldaşları şəhidimiz haqqında Bizim.Media-ya danışıblar.Onlar çıxışlarında şəhidin nə qədər qəhrəman, qorxmaz biri olduğunu vurğulayıblar.Qeyd edək ki, Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərinə könüllü qatılaraq Vətənin müdafiəsində fəal iştirak edib.Şahin Kərimov 1993-cü ilin 8 aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib. Leyla Vəfadar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
1
bizim.media

5Sources