EN

Dəmiryol zolağındakı evlər söküləcək: Hansı ərazilərdə?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında yer alıb.

Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.  Səhmdar cəmiyyəti qeyd edir ki, neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır:

"Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq".

Qeyd edək ki, son olaraq ötən il Bakının Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisinin dəmiryol zolağında yerləşən evlərin söküntüsü həyata keçirilib. 

Qarşıda hansı ərazilərdə dəmiryol zolağında yerləşən evlərin söküntüsü gözlənilir? 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Cebheinfo.az”-a bildirilib ki,  hazırda bəzi sahələrdə layihələndirmə, ölçmə işləri aparılır:

“ Bu işlər başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur”. 

Görünən odur ki, Dövlət Proqramında adıçəkilən ərazilərdə də söküntü işləri həyata keçirilə bilər.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
1
cebheinfo.az

2Sources