Bakı. Trend:
ABŞ Sülh Şurasına 10 milyard dollar ianə edəcək.
Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald TrampSülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
"Bu gün elan edilən öhdəlikləri nəzərə alsaq, Sülh Şurasınıniclası sadəcə ölkələri bir masa ətrafında toplamır. Sülh Şurasıreal həllər hazırlayır və tətbiq edir və bu həllər praktikadatətbiq olunur. Biz konkret addımlar hazırlamışıq. Bu, minimum sözvə maksimum hərəkətdir. Bu, ilk dəfədir - çünki Yaxın Şərqdəinsanlar adətən sülh haqqında çox danışırlar, sonra evlərinəqayıdırlar və bir daha bu barədə danışmırlar. Heç nə baş vermədi.Biz məsuliyyətli suveren dövlətlərin öz bölgələrindəki problemlərinhəlli üçün necə əməkdaşlıq edə və məsuliyyət daşıya biləcəyinə dairbir model təklif edirik", - o bildirib.
Tramp vurğulayıb ki, Sülh Şurası burada, bu otaqdan başlayaraqdaha yaxşı bir gələcəyin necə qurulacağını göstərir.
"ABŞ-nin Sülh Şurasına 10 milyard dollar ianə edəcəyini elanetmək istəyirəm. Bu məbləğ üçün geniş dəstək aldıq. Müharibənindəyəri ilə müqayisədə bu, çox az bir məbləğdir - təxminən ikihəftəlik döyüşə bərabərdir. Bu, əhəmiyyətli səslənir, lakin hərbixərclər kontekstində çox təvazökar bir məbləğdir. 10 milyard dollarianə etmək öhdəliyimizi bir daha təsdiqləyirik. Birlikdə əsrlərboyu müharibə, məhrumiyyət və dağıntılara məruz qalan bir bölgədədavamlı harmoniya arzusunu gerçəkləşdirə bilərik. Və ümid edirikki, dünya üçün digər uzunmüddətli münaqişələrin necə həll ediləbiləcəyinə dair bir nümunə göstərə bilərik", o əlavə edib.
Xatırladaq ki, bu il yanvarın 16-da Tramp Sülh Şurası adlıbeynəlxalq təşkilat yaratmaq qərarını elan etmiş və AzərbaycanRespublikasını təsisçi üzv olmağa dəvət edib
Azərbaycan bu dəvəti qəbul edib və Amerika tərəfini SülhŞurasının təsisçi üzvü olmaq niyyəti barədə məlumatlandırıb.
Yanvarın 22-də Davosda "Sülh Şurası Xartiyası"nın imzalanmamərasimi keçirilib (Board of Peace Charter).
Prezident İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət vəhökumət başçıları "Sülh Şurası Xartiyası"nı imzalayıblar.