EN

Yevlaxda açıq ərazidə yanğın başladı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəYevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarındaaçıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in DövlətYanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından MühafizəHissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə dəhazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Chosen
63
16
az.trend.az

10Sources