EN

Murad Məmmədov: Əsərim dörd fərqli hissi təmsil edir

Bakı, 19 fevral, Fidan Əlizadə, foto Səfiyar Məcnun, AZƏRTAC

“MATRIX” adlı multidisiplinar qrup sərgisində nümayiş olunan əsərim dörd fərqli hissi təmsil edir. Biz dünyaya baxarkən onu keçmişdə yaşadığımız hadisələr prizmasından təhlil edirik.

Bunu AZƏRTAC-a açıqlamasında “Subyektiv reallıq” əsərinin müəllifi Murad Məmmədov deyib.

O, əsərində keçmişdə yaşanan hadisələrin həmin insanın reaksiyasına və baxış bucağına təsir etdiyini çatdırmaq istəyib.

“Bu, reinkarnasiya anlayışı ilə bağlı deyil. Sadəcə, insanın öz həyatında yaşadığı təcrübələrlə əlaqədardır. Bu fikir simulyasiya nəzəriyyəsinə baxış bucağımdan irəli gəlib”,- deyə M.Məmmədov əlavə edib.

Chosen
88
1
azertag.az

2Sources