EN

İtaliyada at ətinə qadağa

ain.az bildirir, 525.az portalına istinadən.

Yaxın gələcəkdə İtaliyada at ətinin istehlakına qadağa qoyulması gözlənilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, yeni qəbul olunacaq qanundan sonra reallaşacaq.

İtaliyalı siyasətçi Mikel Vittoriya Brambilla tərəfindən hazırlanmış qanun layihəsində atların, eşşəklərin və qatırların ətlərinə görə kəsilməsi qadağan olunacaq. Brambilla "Noi Moderati" partiyasının və hazırda hakimiyyətdə olan Corciya Meloni koalisiyasının üzvüdür. Onun hazırladığı layihə bir çoxları , hətta müxalif qüvvələr tərəfindən dəstəklənib.

Yeni qəbul ediləcək qanunda adları sadalanan heyvanların kəsilməsinə görə 3 illik həbs cəzası və pul cəriməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliya at ətinin istehsalına görə Avropada 1-ci yerdədi. Əsas da Ampuliya, Kampaliya, Siciliya, Lombardiya və digər əyalətlərdə at əti yerli mətbəxin əsas elementlərindən biri hesab olunur.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
525.az

1Sources