EN

Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabı nəşr olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Gülzar Şərifovanın “Şeirlər toplusu” adlı kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan ədəbi mühitində formalaşan müəllif yaradıcılığa 1960-cı illərdə başlayıb, şeirləri müxtəlif mətbu orqanlarında dərc olunub.

Topluda şeirlər “Vətən və xalq haqqında duyğular”, “Sosial-siyasi lirika”, “Fəlsəfi lirika”, “Ailə və nəsil yaddaşı”, “Bayatılar” və digər bölmələr üzrə təqdim edilib.

Kitabın redaktoru və “Ön söz” müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır. O, Gülzar Şərifovanın poeziyasını Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
103
2
azertag.az

3Sources