EN

Rusiyada saxlanılan iş adamı Pakrov Məhərrəm azadlıqda (VİDEO)

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada saxlanılan "Pakrov Məhərrəm" adı ilə tanınan iş adamı Məhərrəm Quliyev sərbəst buraxılıb.BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın Moskva müxbirinə M. Quliyevin yaxınları məlumat verib. Onun saxlanılmasının səbəbləri hələlik açıqlanmır. Azərbaycanlı iş adamının saxlanılmasının səbəbi açıqlanmır. Qeyd edək ki, Məhərrəm Quliyev bir vaxtlar Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən "Pakrov" meyvə tərəvəz bazasının sahiblərindən biri olub. 2013-cü ildə azərbaycanlı Orxan Zeynalovun Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməsi ilə bağlı Biryulevoda baş qaldıran etirazlardan sonra Moskva hökuməti Pakrov bazasını bağlayıb. Bundan sonra Məhərrəm Quliyev biznesini Kalujskoe şosedə yerləşən "Fud siti" meyvə-tərəvəz bazasında davam etdirib. BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
83
baku.ws

1Sources