Bakı. Trend:
Azərbaycanda 2026-cı ildən etibarən İslam bankçılığıməhsullarının tətbiqinə start verilməsi nəzərdə tutulub. MərkəziBankın xüsusi tənzimləmə rejimi çərçivəsində artıq ilk məhsullarınbazara çıxarılması prosesi başlayıb, paralel olaraq normativ-hüquqibazanın təkmilləşdirilməsi istiqamətində işlər davam edir.
Bunu Trend-əözəl müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadədeyib.
Baş direktor müsahibəsində islam bakçılığı məhsullarınınAzərbaycan bazarına çıxarılması üzrə görülən tədbirlərdən, buistiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərdən, güzəştmexanimzlərindən, beynəlxalq əməkdaşlıqdan və s. kimi məsələlərdənbəhs edib.
Ş. Mahmudzadə əvvəlcə İslam bankçılığı məhsullarının Azərbaycanbazarına çıxarılması üzrə artıq konkret addımların atıldığınıbildirib. O xatırladıb ki, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimiçərçivəsində 02.02.2026-cı ildən etibarən növbəti 1 il müddətinə“Rabitəbank” ASC tərəfindən İslam bankçılığı prinsiplərinə uyğunolaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin "Mudaraba" əsasındacəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərininəsas vəsaitlərinin və dövriyyə mallarının "Murabaha" mexanizmi iləmaliyyələşdirilməsi məhsulları artıq müştərilərə təklif olunur:
“Əlavə olaraq, cari ilin aprel ayından etibarən növbəti 1 ilmüddətinə xüsusi tənzimləmə rejimi çərçivəsində “AzərbaycanBeynəlxalq Bankı” tərəfindən rezident hüquqi şəxslərin və fərdisahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınarəmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulununmüştərilərə təklif olunması nəzərdə tutulur.
İslam bankçılığına dair qanunvericilik aktlarına təklif olunandəyişikliklər qüvvəyə mindikdən sonra “alternativ pəncərə” modeliçərçivəsində banklar tərəfindən istehsal və ya tikinti üçün sifarişəsaslı müqavilə növü - İstisna, satış-əsaslı (alğı-satqı)maliyyələşmə növü – Murabaha, icarə əsaslı maliyyələşmə növü –İjara (ənənəvi bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu),bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinəəsaslanan maliyyələşmə (əmanət) növü - Mudaraba, tələbli depozitəbənzər əmanət əsaslı - Vadiə, BOKT-lər tərəfindən isə yalnızİstisna, Murabaha və İjaranın təqdim edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, AMB-nin İslam bankçılığı ilə bağlı qanunvericiliyədəyişiklikləri 2025-ci ilin sonunadək hökumətə təqdim etməsiplanlaşdırılırdı. Baş direktor hazırda Mülki Məcəllə, “Banklarhaqqında” Qanun və Vergi Məcəlləsi üzrə dəyişikliklərlə bağlıgörülən işlərdən də danışıb.
“Bu məsələ də vacib istiqamətlərdən biridir. Hazırda MülkiMəcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayankredit təşkilatları haqqında", “Dövlət rüsumu haqqında”, “KreditBüroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikasının Qanunlarına təklif olunan müvafiqdəyişikliklər hüquqi ekspertizaya təqdim edilib. Dəyişikliklərlayihəsinin ən qısa müddətdə hökumətə təqdim edilməsiplanlaşdırılır. Eyni zamanda Məcəllə və Qanunlara dəyişikliklərlayihəsinin qəbulundan sonra İslam maliyyə məhsullarınıntətbiqindən irəli gələn risklərin tənzimlənməsi məqsədilə növbətimərhələdə prudensial tənzimləmə çərçivəsinin müəyyən edilməsinəzərdə tutulur”, - deyə Ş. Mahmudzadə vurğulayıb.
Mərkəzi Bankın Baş direktoru İslam maliyyə əməliyyatlarınınƏDV-dən azad edilməsi məsələsinə də toxunub.O qeyd edib ki,alternativ (İslam) bankçılıq fəaliyyəti çərçivəsində göstərilənmaliyyə xidmətlərinin ənənəvi bankçılıq xidmətləri ilə eyni vergirejiminə bərabər tutulması və ənənəvi və alternativ bankçılıqfəaliyyəti arasında vergi neytrallığının təmin olunmasına xidmətedir. Ş Mahmudzadə bildirib ki, qeyd olunan məsələ hazırdahazırlanmış qanunvericilik dəyişiklikləri layihəsində öz əksinitapıb və bildirdiyim kimi yaxın zamanda layihənin aidiyyəti dövlətqurumlarına təqdim edilməsi nəzərdə tutulur.
“İslam bankçılığı pəncərələri” və ya “alternativ pəncərə” modeliçərçivəsində İslam bankçılığı məhsullarının təqdim edilməsi maliyyəinklüzivliyinin artırılması ilə yeni müştəri seqmentinin cəlbi vəyeni məhsulların təqdim edilməsi vasitəsilə banklar üçün əlavəgəlirin yaranmasını təmin edir. Eyni zamanda, əmanət növləriningenişlənməsi bankların likvidliyinin artmasına təsir edəcəkdir”, -Mərkəzi Bankın Baş direktoru qeyd edib.
Ş. Mahmudzadə eyni zamanda Azərbaycanda tam İslam prinsipləriilə fəaliyyət göstərən bank olmadığını xatırrladıb və yaxınperspektivdə tam İslam banklarının yaradılmasınınmümkün-olub-olmayacağına da aydınlıq gətirib:
“Model seçimi mərhələli yanaşma tələb edir. Artıq qeyd etdiyimkimi, yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslampəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarınınyaradılması məsələsinə isə növbəti mərhələdə ölkədə İslam maliyyəməhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişafdinamikası nəzərə alınaraq baxıla bilər”.
Ş. Mahmudzadə ölkədə sukuk emissiyası ilə bağlı normativ bazanınyaradılması üzrə atılan addımlardan da danışıb. O bildirib ki,hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Bank tərəfindənİslam maliyyə aləti olan sukuk üzrə hüquqi çərçivənin yaradılmasıistiqamətində texniki yardım layihəsi icra olunmaqdadır:
“Ənənəvi istiqrazlardan fərqli olaraq, sukuk xalis borcmünasibəti yaratmır, investorun konkret aktiv və ya layihə üzrəpayçılıq hüququnu ifadə edir və beləliklə maliyyələşməni realiqtisadi fəaliyyətlə birbaşa əlaqələndirir. Bu xüsusiyyət onusahibkarlıq subyektləri üçün əlavə maliyyə resursları təmin edən,investor etimadını gücləndirən və kapital bazarına çıxışışaxələndirən vasitəyə çevirir. Kiçik və orta biznes (KOB) üçünsukuk maliyyə institutları vasitəsilə strukturlaşdırılmışmexanizmlərdən istifadə edərək, resurslarının artmasına vəuzunmüddətli maliyyəyə çıxışın asanlaşmasına töhfə verə bilər.
İnfrastruktur layihələri baxımından sukuk uzunmüddətli və stabilmaliyyə mənbəyi təqdim etməklə enerji, nəqliyyat, sənaye vədaşınmaz əmlak kimi kapital tutumlu sahələrdə alternativmaliyyələşmə kanalı yarada bilər. Beynəlxalq təcrübə göstərir ki,layihə əsaslı sukuk strukturları iri infrastruktur layihələrininmaliyyələşdirilməsində geniş tətbiq olunur və investorlarınmarağını cəlb etməklə maliyyə xərclərinin şaxələndirilməsinə imkanverir”.
Ş. Mahmudzadə həmçinin qeyd edib ki, sukuk bazarının mümkünyaranması fonunda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqnormativ və institusional potensialın gücləndirilməsi, texnikibilik və təcrübə mübadiləsinin aparılması baxımından əlavə imkanlaraça bilər. O vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə buyanaşma Azərbaycanın regionda İslam maliyyəsi alətləri üzrəimkanlarının mərhələli şəkildə genişlənməsinə və xarici investoretimadının formalaşdırılmasına şərait yarada bilər.
Bundan başqa, AMB İslam maliyyəsinin inkişafında beynəlxalqəməkdaşlığı prioritet istiqamət kimi müəyyənləşdirib. Ş. Mahmudzdəbu istiqamətdə İslam İnkişaf Bankı, Pakistan və Malayziya kimiölkələrin təcrübəsi əsasında Azərbaycanda mümkün tənzimləyicimodellərin, şəriət nəzarəti mexanizmlərinin və kadr hazırlığıproqramlarının tətbiqindən də bəhs edib. Onun sözlərinə görə,beynəlxalq təcrübənin öyrənilməsi bu prosesdə vacib roloynayır:
“Belə ki, islam maliyyəsinin tətbiqi və inkişafı üçüntənzimləyici və institusional çərçivənin formalaşdırılması iləyanaşı, bu sahədə zəruri bilik və bacarıqlara malik kadrpotensialının yaradılması əsas prioritetlərdən biri hesab olunur.Bu məqsədlə Türkiyə, Pakistan, Malayziya kimi ölkələrin qabaqcıltəcrübəsi öyrənilir, habelə İslam İnkişaf Bankı ilə əməkdaşlıqçərçivəsində mütəmadi olaraq təcrübə mübadiləsi, bilik paylaşımı vəkadr hazırlığı proqramlarında iştirak həyata keçirilir və növbətimərhələlərdə də davam etməsi nəzərdə tutulur”.