EN

Venesuela parlamenti amnistiya qanununu təsdiqləyib

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Venesuela Milli Assambleyası yekdilliklə siyasi məhbuslar üçün amnistiya olan Demokratik birgəyaşayış üçün Amnistiya Qanununu qəbul edib.

Reyting.az yerli mediaya istinadla bildirir ki, bu barədə Venesuela parlamentinin spikeri Xorxe Rodriges məlumat verib.

Qanun 1999-cu il yanvarın 1-dən 2026-cı ildə qüvvəyə minənədək siyasi cinayətlərə görə məhkum edilmiş bütün şəxslərin azadlığa buraxılmasını nəzərdə tutur. Amnistiya aktı Venesuela prezidentinin səlahiyyətlərini yerinə yetirən Delsi Rodriges tərəfindən irəli sürülüb və o, bunu milli barışığa doğru addım adlandırıb.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
reyting.az

1Sources