EN

Ukraynada Azərbaycan abidələri qorunur: Mühafizə örtükləri nə zaman çıxarılacaq?

Ukraynanın paytaxtı Kiyevə intensivləşən dron və raket hücumları fonunda şəhərdə Azərbaycanın tarixi şəxsiyyətlərinə və mədəniyyət mərkəzlərinə məxsus abidələr mühafizə məqsədilə örtülür.

Bunlardan biri səfirliyimizin yaxınlığında yerləşən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi və onun adını daşıyan parkdakı mədəniyyət abidəsidir.

Kiyevdə hələlik beş belə abidənin üstü örtülüb. Ukraynanın digər vilayətlərində yerləşən abidələrin də bu cür mühafizə olunacağı deyilir. Nəzərə alsaq ki, son bir ildə üç dəfə mütəmadi olaraq Azərbaycanın Kiyevdəki səfirliyinin yerləşdiyi ərazi hava hücumlarına məruz qalıb, bu məqamda Ukraynanın paytaxtı həssas nöqtə hesab olunur.

"SOCAR Energy Ukraine"nin departament rəhbəri Andrey Pomiluyko mövzu ilə bağlı Baku TV-yə bunları deyib:

"Ukrayna paytaxtına artan hava zərbələri ilə əlaqədar Azərbaycan səfirliyi və SOCAR Xeyriyyə Fondu Kiyev və İrpen şəhərlərindəki Azərbaycan mədəniyyət abidələrinin mühafizəsi məqsədilə abidələrin üzərinin bağlanmasına qərar verib. Kiyevdə Heydər Əliyevin, İmadəddin Nəsiminin və Müslüm Maqomayevin abidələrinin üzəri örtülüb. Heydər Əliyev parkındakı fəvvarə və xalça abidəsi də mühafizə altındadır. Həmçinin İrpen şəhərində akademik Zərifə Əliyevanın abidəsi də tərəfimizdən qorunur. Abidələr daxildən qum kisələri ilə, eləcə də sukeçirməz və odadavamlı vasitələrlə örtülüb ki, daxilə mərmi keçməsin".

Chosen
67
2
far.az

3Sources