EN

Trampdan BaydenəİTTİHAM

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydeni Ohayo ştatının İst-Palestayn şəhərinin sakinlərinə xəyanətdə ittiham edib və dəmiryol qəzasından sonra bərpa işləri üçün 10 milyon dollar vəsait ayrıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Şöhrətli İst-Palestayn, Ohayo ştatının sakinləri rüsvayçı şəkildə dələduz Co Bayden tərəfindən unuduldu və xəyanətə məruz qaldı. Tramp sizi heç vaxt unutmayıb və heç vaxt da unutmayacaq”, – deyə ABŞ lideri bildirib.

Aytəkin TOFİQQIZI

Chosen
68
1
redaktor.az

2Sources