EN

Vaşinqton təxribatı, həm də Azərbaycan dövlətinə qarşı hücumdur



"Vaşinqtonda, Azərbaycan Prezidentinin qaldığı otelin qarşısında baş verən insdent dövlətə və dövlətçiliyə qarşı aparılan mübarizənin ən iyrənc formasıdır. Baş vermiş hadisə sıradan bir olay deyil, əvvəlcədən planlaşdırılmış, ssenarisi hazırlanmış təxribat cəhdidir".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı bir qrup təxribatçının Vaşinqtonda Azərbaycan Prezidentinin qaldığı otelin qarşısında törətdiyi təxribata və otelə girməyə göstərdiyi cəhdə münasibət bildirərkən səsləndirib. O deyib ki, təxribat cəhdinin məhz Vaşinqtonda baş verməsi də təsadüfi deyil:

"Birincisi, son aylar Vaşinqtonla Bakı arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq, əlaqələrdə müşahidə edilən dinamika okeanın o tayındaki erməni lobbisi və eləcə də onun maliyyəsi ilə hərəkət edən dairələri ciddi şəkildə narahat edib. Həmin şəbəkəyə Azərbaycandan müxtəlif adlar altında xarici ölkələrə getmiş mühacirlər də daxildir. Həm erməni lobbisi və ona qulluq edən dairələr, həm də antimilli ünsürlər olan həmin mühacirlər üçünsə ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məyusedicidir. Ona görə də bu cür təxribata əl atılır".

Arzuman Muradlı deyib ki, təxribat cəhdinin Ruben Vardanyana cəza hökmü çıxan ərəfəyə təsadüf etməsinə də diqqət ayırmaq lazımdır:

"Cənab Prezident bundan əvvəl də bir neçə dəfə Vaşinqtona səfər edib. Lakin həmin səfərlər zamanı belə bir insdent yaşanmayıb. Olayın məhz Vardanyanla bağlı məhkəmə qərarı çıxan ərəfəyə təsadüf etməsi də onu deməyə əsas verir ki, təxribat cəhdinin ssenari müəllifləri məhz Amerikadakı erməni lobbisi və ona xidmət edən dairələr, icraçıları isə Azərbaycandan mühacir etmiş radikal ünsürlərdir".

Arzuman Muradlı, "İstənilən halda Azərbaycan Prezidentinin qaldığı otelə hücum cəhdi həm də Azərbaycan dövlətinə qarşı hücumdur. Bu olay bir daha onu göstərir ki, bəziləri üçün dövlət, dövlətçilik, Vətən anlayışı tamamilə itib və Azərbaycan dövlətinə zərbə vurmaq üçün onlar hətta şeytanla da əməkdaşlığa gedərlər".

Süleyman
Chosen
27
1
newscenter.az

2Sources