EN

FHN gözlənilən hava şəraiti ilə əlaqədar müraciət edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sırarayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağıproqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətedərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyəçağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsiilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir.

Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Buzaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelənasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz vəelektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınlanəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki,nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcıcihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıqyüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsizqoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar vəasan alışan mayelər saxlamamalı, cihazlardan zavodistehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadəedilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Chosen
207
49
az.trend.az

7Sources