EN

Azərbaycan mebelinin yeni bazarlara ixrac imkanları müzakirə edilib

Azərbaycanda mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılması müzakirə edilib.

"Far.Az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu müzakirələr agentliyin Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə aparılıb.

Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

Tədbir çərçivəsində iştirakçılar həmçinin cari ilin iyun ayında Dubay şəhərində keçiriləcək "Index Dubai 2026" interyer dizaynı sərgisi barədə məlumatlandırılıblar.

Chosen
44
1
far.az

3Sources