EN

“Çoxunuz cənnətə girəcəksiniz, amma mən…” Trampdan prezidentləri güldürən zarafat

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda ABŞ Prezidenti Donald Trump yeni qurulan “Board of Peace” (Sülh Şurası) adlı beynəlxalq təşəbbüsün ilk rəsmi iclasına ev sahibliyi edib.

Gununsesi.info xəbər verir ki, sözügedən tədbirdə bir sıra diqqətçəkən məqamlar olub ki, onlardan biri də Donald Trampın cənnətə düşmək istəyi ilə bağlı dedikləri olub.

Belə ki, Amerika prezidenti vəfat edəndən sonra cənnətə düşmək istədiyini arzuladığını deyib.

“Cənnətə girmək istəyirəm. Amma düzünü desəm, olub-olmayacağına şübhələrim var. Çoxunuz cənnətə girəcəksiniz, amma mən girəcəyimə əmin deyiləm”, – deyə o bildirib.

Qeyd edək ki, Donald Trampın bu çıxışı zalda əyləşən dövlət başçılarının gülüşünə səbəb olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
icma.az

1Sources