EN

Ağır xəstəlikdən əziyyət çəkən məşhur aktyor 53 yaşında vəfat etdi

Bir il əvvəl amiotrofik lateral skleroz diaqnozu (ALS) qoyulan aktyor Erik Deyn vəfat edib.

BAKU.WS xəbər verir ki, "Grey"s Anatomy" serialında "Dr. Mark Sloan" rolu ilə məşhurlaşan Deyn yaxınlarının əhatəsində dünyasını dəyişib.

"Dərin kədər hissi ilə bildiririk ki, Erik Deyn cümə axşamı günortadan sonra ALS xəstəliyi ilə apardığı mübarizədən sonra vəfat edib. O, son günlərini əziz dostlarının, sədaqətli həyat yoldaşının və həyatının mərkəzi olan iki gözəl qızı Billi və Corciyanın yanında keçirib" -deyə aktyorun ailəsi məlumat yayıb.

Xatırladaq ki, yan amiotrofik skleroz mütərəqqi əzələ iflicinə səbəb olan degenerativ xəstəlikdir. Bu xəstələr tədricən özbaşına danışmaq, yemək, yerimək və nəfəs almaq qabiliyyətini itirir. Hazırda onun müalicəsi yoxdur.

Chosen
48
far.az

1Sources