EN

Gecə reysinə bilet alanların nəzərinə Aeroport yolu bağlı olacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

21 fevralda paytaxtın Suraxanı rayonunda, Hava limanı şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılmış elektron məlumat-sürət tablolarının yerləşdirildiyi metal konstruksiyada yekun montaj işləri aparılacaq. Bu səbəbdən sözügedən ərazidə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq və bəzi istiqamətlər üzrə dəyişiklik ediləcək.Demokrat.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, məhdudiyyət 21 fevral saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (“Hava limanı” körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində tətbiq olunacaq. Eyni zamanda saat 02:00-dan 05:15-dək əks istiqamətdə — “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərində yerləşən yol ötürücüsündən) Hava limanı istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq.Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn nəqliyyat vasitələri Zığ şosesinə yönləndiriləcək. Şəhər istiqamətindən hərəkət edən sürücülər isə Suraxanı rayonu ərazisində Xanlar Ələkbərov və 14 İyul küçələri vasitəsilə alternativ marşrutla hərəkət edə biləcəklər.Bundan başqa, şəhərdən Hava limanı istiqamətinə üz tutan sürücülərə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yolu vasitəsilə hərəkət etmələri tövsiyə olunur. Sürücülərdən qeyd olunan saatlarda yol hərəkətinin təşkilində ediləcək dəyişiklikləri nəzərə almaları xahiş edilir.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
demokrat.az

1Sources