EN

Rusiyada helikopter YOXA ÇIXDI: Göyərtəsində 4 nəfər var – VİDEO

Amur vilayətində göyərtəsində 4 nəfər olan helikopter itkin düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Amur vilayətində xüsusi mülkiyyətdə olan “Robinson R44” markalı helikopter radarlardan itib.

Hava gəmisi Amaranka kəndi yaxınlığındakı meşə tədarükü sahəsindən havaya qalxdıqdan bir müddət sonra rabitə kəsilib.

Məlumata görə, helikopterin göyərtəsində 4 nəfər olub. Hadisə ilə əlaqədar dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) əməliyyat qrupları və xilasedicilər ehtimal olunan qəza rayonuna cəlb ediliblər.

Axtarış əməliyyatında 36 nəfər canlı qüvvə və 12 ədəd texnika, o cümlədən qaradamarları və pilotsuz uçuş aparatları iştirak edir.

Hazırda helikopterin yerinin müəyyən edilməsi üçün işlər davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
51
interpress.az

1Sources