EN

AOC-nin koordinatoru: Məqsəd gənc mütəxəssisləri müasir metodlarla yaxından tanış etməkdir

Bakı, 20 fevral, Fidan Əlizadə, foto İlqar Cəfərov

Azərbaycan Gənc Oftalmoloqlarının XVII konfransının təşkilində məqsəd gənc mütəxəssislərin müasir oftalmologiya elminin sirlərinə dərindən yiyələnməsi, müasir diaqnostik və cərrahi metodlarla yaxından tanış olmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli deyib.

Onun sözlərinə görə, gənclərin peşəkar inkişafını dəstəkləmək, onların elmi bilik və praktik bacarıqlarını artırmaq mühüm məsələdir.

“Konfrans oftalmologiya sahəsindəki ən son elmi yenilikləri, innovativ texnologiyaları və süni intellekt əsaslı yanaşmaları iştirakçılara çatdırmaq, klinik praktika ilə elmi tədqiqatlar arasında əlaqəni gücləndirmək üçün platforma təqdim edib”,- deyə E.Əlihüseynli əlavə edib.

Chosen
63
1
azertag.az

2Sources