U-18 millimiz Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, yığmamız B qrupunda Özbəkistanla qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14.20-də başlayacaq.
Millimiz ötən gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına uduzub - 1:7.