EN

"Turan Tovuz" evdə “Zirə”yə qalib gəldi

Misli Premyer Liqasında XXI turun açılış oyunu keçirilib.

90deqiqe.Az-ın məlumata görə, turun ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edib. Bakıda yerləşən Azərsun Arenada baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın taleyi ilk hissədə həll olunub. Oyunun 11-ci dəqiqəsində xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç hesabı açıb. Cəmi səkkiz dəqiqə sonra isə portuqaliyalı müdafiəçi Jorje Silva fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Bu qələbə sayəsində xallarının sayını 37-yə yüksəldən Tovuz təmsilçisi turnir cədvəlində 3-cü pilləyə qalxıb. 35 xalda qalan “qartallar” isə 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turun növbəti qarşılaşması Sumqayıt şəhərində baş tutacaq. Burada "Sumqayıt" öz meydanında "Qəbələ"ni qəbul edəcək.

Chosen
18
90deqiqe.az

1Sources