EN

"Futbolçular əllərindən gələni etdilər" - Rəşad Sadıqov

Misli Premyer Liqasında XXI tur start götürüb.

Fanat.Az xəbər verir ki, Əvvəlcə “Turan Tovuz” “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Nominal meydan sahibləri inamlı qələbəyə seviniblər.

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi. Ümumən birinci hissəni çox pis keçirdik. İkinci hissəyə yaxşı başladıq və yüksək səviyyədə keçirdik. Rəqibin kompakt müdafiəisini yara bilmədik. Futbolçular əllərindən gələni etdilər. Amma oyunun əvvəlində buraxılan səhvləri sonradan düzəltək alınmadı."

Chosen
9
fanat.az

1Sources