EN

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Ukrayna arasında onun vasitəçiliyi ilə "müharibə başlayandan bəri ən böyük əsir mübadiləsindən birinin" həyata keçirildiyini açıqlayıb.

BƏƏ Xarici İşlər Nazirliyindən verilən bəyanatda vasitəçilik uğurunun Rusiya və Ukrayna ilə güclü əlaqələrə əsaslandığı və “müharibə başlayandan bəri iki tərəf arasında ən böyük əsir mübadiləsinin baş verdiyi” ifadə edilib.

Bəyanatda BƏƏ-nin “Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirmək əzmi”nə toxunulub və Əbu-Dabi administrasiyasının diplomatiya, dialoq və gərginliyin azaldılması
istiqamətindəki çağırışı ilə böhranın humanitar çətinliklərini yüngülləşdirəcək bütün təşəbbüsləri dəstəkləmək səylərinə münasibəti vurğulanıb. 
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.

Putin bildirdi ki, o, Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün ölkəni demilitarizasiya etmək və faşistlərdən təmizləmək niyyətindədir.



Chosen
514
50
trt.net.tr

10Sources