EN

Diliniz şişkindirsə və diş izləri varsa, bu sindromun göstəricisidir

“Güzgü qarşısına keçin və dilinizə baxın. Diliniz şişkindir və kənarlarında diş izləri varsa, bu ənənəvi Çin tibbinə görə nəmlilik sindromu əlamətidir və Çi-əksikliyini göstərir”.

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə qeyd edib. o bildirib ki, “Çi” bədənimizdə dövr edən enerji selinin adıdır:

“Bu enerjinin işi qanı damar daxilində tutub onun da hərəkət etməsini təmin etməkdir. Yoxsa ki ən uc nöqtələrdən qanın dövr etməsi və dayanmadan həmişə davam etməsi sadəcə ürəyin işinə bağlı deyil. Çi enerjisi azaldığında qanın damar daxilində hərəkətliliyi yavaşıyır və qan durğunluğu yaranır. Bunu isə bir əlaməti ödemdir. Çünki qan hərəkət sürəti azalanda onun maye hissəsi damardan toxumaya sızır və toxumalar içində sululuq (nəmlilik) artır. Bunu biz bədəndə çox görsək, əlbəttə, bu ciddi mərhələ olar. Amma gizli ödemi aşkar şəkildə dildə görə bilirik”.

Həkimin sözlərinə görə, Çi əskikliyi olan insanlar enerji toplamaqda çətinlik çəkir, çox vaxt nəfəssiz və tükənmiş hiss edirlər:

“Çünki bəzi kanallarda Çi enerji durğunluğu və çatışmazlığı olur. Əsasən də burada dalaq meridianında baş verir. Bu insanları eyni zamanda həzmsizlik, köp, şişkin və gərgin qarın da narahat edir, sanki onları rahat nəfəs almağa qoymur”.

Pediatr bildirib ki, bu problemin müalicəsi də mümkündür:

“Digər əlamətlərə də baxaraq düzgün diaqnostikada sonra eyni zamanda qidalanmaya da düzgün diqqət edərək (nəmlilik artıran qidalardan uzaq olmaq) akupunktura ilə enerji kanallarında Çi - enerjinin düzgün dövr etməsini əldə etmək olar. Müalicə kursu həftədə 2-3 dəfə olmaqla 1-2 ay ərzində davam edir”.

Billurə

Chosen
9
azreform.info

1Sources