EN

“Qarabağ” Nigeriyadan Azərbaycana iki oyunçu gətirir

“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a funksionerin özü məlumat verib.

O bildirib ki, “Obasa Cup” turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq:

“Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil”.

Chosen
20
8
bakivaxti.az

9Sources