“Məncə, bu, rüsvayçılıqdır. Çox kədərlidir. Kral ailəsi üçün çox pisdir. Çox, çox kədərlidir. Bunu görəndə çox kədərləndim. Böyük Britaniya kralının ABŞ-yə səfərini səbirsizliklə gözləyirəm və onun qardaşının həbsi həqiqətən də çox kədərli bir hadisədir”,– Amerika lideri vurğulayıb.
Xatırladaq ki, fevralın 19-da Böyük Britaniya polisinin keçmiş şahzadə Endryu Mauntbetten-Vindzoru həbs etdiyi barədə məlumat açıqlanıb. Beləliklə, keçmiş şahzadə 1646-cı ildən bəri kral ailəsinin həbs edilən ilk üzvü olub.
![]() |
| Keçmiş şahzadə Endryu həbs olundu |
Ümumilikdə, Endryu polis bölməsində təxminən 12 saat keçirib. Hazırda ona qarşı ittiham irəli sürülüb-sürülmədiyi məlum deyil. Böyük Britaniyada şübhəlilər adətən 24 saatdan çox olmayaraq saxlanılır, bundan sonra ya ittiham irəli sürülür, ya da sərbəst buraxılır. Həbs müddətini 96 saatdan çox uzatmaq üçün polis məhkəməyə müraciət etməlidir.
Yeri gəlmişkən, Böyük Britaniya Kralı III Çarlz dövlət vəzifəsində qanun pozuntusunda şübhəli bilinən kiçik qardaşı Endryunun həbsi xəbərindən“dərin narahatlıq” keçirdiyini bildirib. O, hüquq-mühafizə orqanlarının indi tam və ədalətli araşdırma aparmalı olduğunu, kral ailəsinin isə “tam dəstəyini və əməkdaşlığını” təmin edəcəyini söyləyib.
- İcazənizlə, açıq deyim: qanun üstünlük təşkil etməlidir. Bu proses davam etdiyi müddətdə bu məsələ ilə bağlı əlavə şərh verməyim yersiz olardı. Bu vaxt ərzində ailəm və mən öz vəzifəmizi yerinə yetirməyə və hamınıza xidmət göstərməyə davam edəcəyik”,- Böyük Britaniya Kralı III Çarlz vurğulayıb.

“BBC” tele-radio korporasiyasının Kral sarayındakı müxbiri Şon Koflan keçmiş şahzadənin həbsinin Böyük Britaniya üçün görünməmiş bir hadisə olduğunu deyib. “BBC”, öz növbəsində,bildirir ki, həbs günahkarlığın sübutu kimi qəbul edilməməlidir, Endryuya qarşı isə hələlik rəsmi ittiham irəli sürülməyib.
Sahil İsgəndərov
AzVision.az
