EN

“İnter” UEFA-ya şikayət etdi

“İnter” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Bodo-Qlimt”lə səfər matçını keçirdikləri “Asmpira” stadionundakı süni meydançanın vəziyyətindən UEFA-ya rəsmi şikayət edib.

Msport.az xəbər verir ki, sözügedən görüşdə “İnter” 1:3 hesabı ilə uduzub.

Komandanın baş məşqçisi Kristian Kivu da matçdan sonra açıqlamasında süni meydançanın vəziyyətindən narazı olduğunu bildirib. Milan klubu hesab edir ki, Norveç təmsilçisinin arenasındakı meydançanın keyfiyyəti əsas Avropa yarışlarının standartlarına  cavab vermir. Ona görə də “İnter” UEFA-ya rəsmi şikayət ünvanlayıb.

Chosen
5
1
msport.az

3Sources