EN

“Zirə”də 2 itki

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün “Azərsun Arena”da “Turan Tovuz”un qonağı olacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov iki futbolçunun xidmətindən faydalana bilməyəcək.

Msport.az xəbər verir ki, buna səbəb iki əcnəbinin zədədən əziyyət çəkməsidir.

Belə ki, Brahim Konate və İssa Cibrilla zədə səbəbindən bu görüşü kənardan izləyəcəklər.

Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” matçı saat 17:00-da başlayacaq.

Chosen
14
msport.az

1Sources