Bişkekdə “Turan Beauty” Beynəlxalq Uşaq Gözəllik, Mədəniyyət və Yaradıcılıq Festivalı keçirilib.
XQ “Kabar” agentliyinə istinadla xəbər verir ki, festival ortaq köklər, dil, mədəniyyət və tarixlə birləşən qohum türk ölkələri üçün xüsusi olaraq yaradılan ilk beynəlxalq uşaq layihəsi olub. Onun məqsədi uşaqların yaradıcılığını inkişaf etdirmək, mədəni irsi qorumaq və beynəlxalq humanitar əlaqələri gücləndirməkdir.
Qırğızıstan, Qazaxıstan, Türkiyə və Özbəkistandan olan gənc iştirakçılar öz ölkələrinin bayraqları ilə mənsub olduqları xalqların etnoqrafik və müasir mədəniyyətini, adət-ənənələrini və milli xarakterini əks etdirən unikal yaradıcı çıxışları əks etdirən ənənəvi geyimlərdə defile təqdim ediblər.
Uşaqlar dörd yaş kateqoriyasında yarışıblar və dörd qalib müəyyən edilib.